SON XƏBƏRLƏR

Misir: Kaşkə bizimlə Fars torpağı arasında oddan bir dağ olaydı!

2026.08.06, 22:37
Misir: Kaşkə bizimlə Fars torpağı arasında oddan bir dağ olaydı!

Misirdən İranla bağlı qalmaqallı açıqlama.

Gunaz.tv

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin böyük oğlu Əla Mübarək İranın xarici işlər nazirinin açıqlamalarını sərt tənqid edərək, Tehranı Dəmiyyə limanına hücumla bağlı “aldadıcı narrativ” yaymağa çalışmaqda ittiham edib.

Gunaz TV xəbər verir ki, Hüsnü Mübarəkin böyük oğlu Əla Mübarək İranın xarici işlər naziri Abbas Əraqçinin Dəmiyyə limanına PUA hücumu ilə bağlı açıqlamalarına cavab olaraq paylaşım edib və onun mövqeyini kəskin tənqid edib.

Əla Mübarək Ömər ibn Xəttabın sözlərinə istinad edərək yazıb: “Kaş bizimlə Fars torpağı arasında oddan bir dağ olaydı; nə onlar bizə çata biləydilər, nə də biz onlara.”

O daha sonra İranı Dəmiyyə limanına hücumla bağlı “aldadıcı narrativ” yaymağa cəhd göstərməkdə ittiham edib və Tehranın mövqeyinə dəstək verilməsinin təhlükəli olduğunu bildirib.

Bu reaksiya Abbas Əraqçinin İranın Dəmiyyə limanına hücumda hər hansı rolunu təkzib etməsindən və açıqlamalarında dolayı yolla İsraili bu hücumun məsuliyyəti daşıyan tərəf kimi göstərməsindən sonra səsləndirilib.

Xəbər hazırlanarkən İran rəsmiləri Əla Mübarəyin açıqlamalarına rəsmi münasibət bildirməyiblər.

 

GunAz TV
R.G

 

Misirdə Amerika gəmisinə hücum edildi

2026.07.29, 22:42

Misirdə Amerika gəmisinə hücum edildi

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar