SON XƏBƏRLƏR

ABŞ İrana bağlı maliyyə şəbəkəsini hədəfə aldı

2026.08.07, 18:34
ABŞ İrana bağlı maliyyə şəbəkəsini hədəfə aldı

Gunaz.tv

GünAz TV xəbər verir ki, ABŞ Dövlət Departamenti ölkənin Maliyyə Nazirliyinin İrana bağlı valyutadəyişmə məntəqələri və örtük şirkətlərindən ibarət şəbəkəni hədəfə aldığını açıqlayıb.

Məlumata görə, bu şəbəkə İrana yüz milyonlarla dolları beynəlxalq maliyyə sistemi vasitəsilə gizli şəkildə köçürməyə kömək edib.

ABŞ Dövlət Departamenti bildirib: “Tehran bu şəbəkələr vasitəsilə neft gəlirlərinə çıxış əldə edir, sabitliyi pozan fəaliyyətlərini məhdudlaşdırmaq məqsədilə tətbiq edilən sanksiyalardan yayınır və örtük şirkətlərindən istifadə etməklə maliyyə vəsaitlərini yuyurdu.”

ABŞ həmçinin bu şəbəkə ilə əlaqəli banklara, valyutadəyişmə məntəqələrinə və şəxslərə qarşı sanksiyalara toxunaraq bildirib: “İrana sanksiyalardan yayınmaqda kömək edən hər kəs ciddi nəticələrlə üzləşəcək.”

ABŞ Dövlət Departamenti bu tədbirləri Tramp administrasiyasının İrana qarşı “maksimum təzyiq” siyasətinin bir hissəsi kimi qiymətləndirib. Bildirilib ki, bu siyasət İran hökumətinin “regionda sabitliyi təhdid etmək, terrorizmi dəstəkləmək və hərbi imkanlarını gücləndirmək” üçün istifadə etdiyi maliyyə mənbələrinin qarşısını almaq məqsədi daşıyır.

ABŞ Dövlət Departamenti həmçinin vurğulayıb ki, İranın terrorizmə dəstəyi və regionda təcavüzkar fəaliyyətlərini davam etdirməsi İran hökuməti üçün ağır və uzunmüddətli nəticələrə səbəb olacaq.

 


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar