SON XƏBƏRLƏR

Oman Hörmüz boğazından keçən gəmilərə hücumları pislədi

2026.08.08, 19:12
Oman Hörmüz boğazından keçən gəmilərə hücumları pislədi

Oman Hörmüz boğazından keçən gəmilərə qarşı təkrar hücumları pisləyib.

Gunaz.tv

Gunaz.TV; Oman Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda “Hörmüz boğazından keçən gəmilərə qarşı təkrar hücumları” pisləyib və bu hücumların təkrarlanması ilə bağlı xəbərdarlıq edib.

Oman Xarici İşlər Nazirliyi bəyanatda İranın adını birbaşa çəkmədən Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təhdid edən hərəkətlərə son qoyulmasına çağırıb.

Bəyanatdan bir neçə saat əvvəl Əbu-Dabi Milli Neft Şirkəti, ADNOC, şirkətə məxsus gəmilərdən birinin şənbə günü səhər saatlarında Hörmüz boğazından keçərkən raket hücumuna məruz qaldığını açıqlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi də bu hücumu İranın üzərinə ataraq pisləyib.

Hörmüz boğazı dünyada neft və qazın daşınması üçün ən mühüm marşrutlardan biridir. Bu su yolundan keçən gəmilərə qarşı hər hansı hücum bölgədə gəmiçilik və enerji daşımalarının təhlükəsizliyini riskə ata bilər.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar