SON XƏBƏRLƏR

İrandan "Məkkə" sazişinə daha bir reaksiya- Düzgün yol deyil!

2026.08.09, 10:49
İrandan "Məkkə" sazişinə daha bir reaksiya- Düzgün yol deyil!

"Məkkə" sazişi göstərir ki, ərəb ölkələri nəhayət təhlükəsizliyin region ölkələrinin əməkdaşlığından asılı olduğunu dərk ediblər, lakin onlar hələ də düzgün yolu tapmayıblar.

Gunaz.tv

Bunu İranın millət vəkili İbrahim Əzizi özünün X səhifəsində yazıb.

Əzizi İrana qarşı mümkün hərəkətlərin nəticələri barədə də xəbərdarlıq edərək, heç bir səhvin cavabsız qalmayacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə sazişi üçtərəfli birgə müdafiə sazişidir.

Sənədin əsas şərtinə görə, bu üç dövlətdən hər hansı birinə qarşı edilən silahlı hücum hamısına qarşı edilmiş hücum sayılır və tərəflər kollektiv müdafiə prinsipi ilə hərəkət edirlər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar