SON XƏBƏRLƏR

Husilərdən Türkiyəyə açıq xəbərdarlıq: Husilər Türkiyəni hədələdi

2026.08.09, 11:29
Husilərdən Türkiyəyə açıq xəbərdarlıq: Husilər Türkiyəni hədələdi

Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə paktına qoşulmasından qısa müddət sonra Türkiyəyə husilərdən xəbərdarlıq gəlib.

Gunaz.tv

Husilərin yüksək səviyyəli rəsmisi Hizam əl-Əsəd şənbə günü “X” sosial şəbəkəsində paylaşdığı mesajda Türkiyəyə xəbərdarlıq edib. O, husilərlə Səudiyyə Ərəbistanı arasında on ildən artıqdır davam edən qarşıdurmaya toxunub.

Əl-Əsəd Səudiyyə Ərəbistanının Yəməndəki rolunu “təcavüz və mühasirə” kimi qiymətləndirib və bildirib ki, Türkiyə iştirakını genişləndirməzdən əvvəl Ər-Riyadla husilər arasındakı münasibətlərin keçmişini nəzərə almalıdır.

“Foks Nyus”un məlumatına görə, Hizam əl-Əsəd Səudiyyə Ərəbistanının yanında yer almaq istəyən ölkələrə müraciətlə “sınaya bilərlər” ifadəsini işlədib və Yəmənlə Səudiyyə Ərəbistanı arasındakı sulara işarə edib.

Bu xəbərdarlıq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Məkkədə üç ölkə arasında birgə müdafiə sazişi imzalamasından bir gün sonra səsləndirilib. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.

İran hakimiyyəti tərəfindən dəstəklənən husilər Yəməndə fəaliyyət göstərən silahlı qruplaşmadır.

 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar