SON XƏBƏRLƏR

Qərbi Azərbaycan yollarında qanlı həftəsonu: 45 nəfər öldü, 6 nəfər yaralandı

2026.08.09, 13:24
Qərbi Azərbaycan yollarında qanlı həftəsonu: 45 nəfər öldü, 6 nəfər yaralandı

Gunaz.tv

Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru ötən həftənin son günlərində 16 yol-nəqliyyat hadisəsinin baş verdiyini açıqlayıb.

Həmid Məhbubi deyib: “Bu hadisələrdə 45 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.”

Məsul şəxsin sözlərinə görə, Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları bu hadisələrdə 69 zərərçəkənə yardım göstəriblər.

Məhbubi sürücülərə tövsiyə edib: “Sürücülər təhlükəsiz sürət həddinə əməl etməli, diqqətli olmalı və xoşagəlməz hadisələrin baş verməməsi üçün nəqliyyat vasitələrinin təhlükəsizliyindən də əmin olmalıdırlar.”

Güney Azərbaycan yollarında təhlükəsizlik göstəricilərinin aşağı olması, eləcə də İranda istehsal olunan avtomobillərin standartlara cavab verməməsi Azərbaycanda yol-nəqliyyat hadisələrinin artmasının əsas səbəblərindəndir.

Bundan əvvəl Qərbi Azərbaycan əyalətinin keçmiş Yol və Şəhər Nəqliyyatı İdarəsinin baş direktoru Əbdülhüseyn Əli-Əkbəri əyalətdə yolların acınacaqlı vəziyyətindən danışarkən demişdi: “Qərbi Azərbaycan ölkədə hətta bir kilometr də avtomagistralı olmayan yeganə əyalətdir.”

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar