SON XƏBƏRLƏR

Əraqçi: ABŞ-la danışıqlar yoxdur, amma...

2026.08.09, 14:00
Əraqçi: ABŞ-la danışıqlar yoxdur, amma...

Vasitəçilər yenidən hərəkətə keçdi: Tehran nə istəyir?

Gunaz.tv

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hazırda ABŞ-la heç bir danışıqlar aparmır, lakin “vasitəçilər” üzərindən mesaj mübadiləsi davam edir.

Əraqçi deyib: “ABŞ tərəfindən anlaşma memorandumunun pozulması halları başa çatmayana və ABŞ pozduğu məsələləri kompensasiya etməyənə qədər, bizim fikrimizcə, danışıqlara yenidən başlamaq mümkün deyil.”

İranın xarici işlər naziri əlavə edib: “Vasitəçilər hələ də yenidən danışıqlara başlamağın yollarını tapmaq üçün səylər göstərirlər.”

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar