SON XƏBƏRLƏR

Pezeşkian Müctəba Xamenei ilə görüşüb

2026.08.09, 22:14
Pezeşkian Müctəba Xamenei ilə görüşüb

Gunaz.tv

İranın dini liderinin mediası İran hökumətinin başçısı Məsud Pezeşkianın prezidentliyinin üçüncü ilinin başlanması ilə eyni vaxtda Müctəba Xamenei ilə “görüş və müzakirə” apardığını bildirib.

İranın dini liderinin mediası yazıb: “Bu görüşdə ölkənin məsələləri və problemləri, xüsusilə əhalinin yaşayış ehtiyaclarının təmin edilməsi, mövcud müharibə şəraiti və qarşıdakı dövr, hərbi sahədəki proseslər, resursların təmin edilməsi və ‘rial, valyuta və enerji’ xərclərinin idarə olunması ilə bağlı yollar, eləcə də xarici tərəflərlə iqtisadi əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılıb.”

Pezeşkian daha əvvəl Müctəba Xamenei ilə görüşdüyünü açıqlamışdı.

Müctəba Xameneinin İranın dini lideri kimi təqdim edilməsindən sonra onunla bağlı heç bir audio və ya video fayl yayımlanmayıb.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar