SON XƏBƏRLƏR

Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı

2026.08.14, 13:33
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı

Neft tankerlərinə hücumlar terror aktlarıdır.

Gunaz.tv

Bu Bəhreyn Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda yazılıb.

Bəhreyn BMT Təhlükəsizlik Şurasından İslam Respublikasına qarşı qətiyyətli tədbirlər görməyə çağırıb.

Bəhreyn Xarici İşlər Nazirliyi Hörmüz boğazında BƏƏ-də yerləşən ADNOC şirkətinə məxsus iki gəmiyə İslam Respublikası tərəfindən edilən hücumları qətiyyətlə pisləyib.

Bəhreyn hücumları regional təhlükəsizliyə və naviqasiya azadlığına ciddi təhdid və beynəlxalq hüququn pozulması adlandırıb və İslam Respublikasının kommersiya gəmilərinə qarşı düşmənçilik hərəkətlərinə dərhal son qoymalı olduğunu vurğulayıb.

Manama həmçinin gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etməyə çağırıb və su yolunun iqtisadi təzyiq və ya şantaj vasitəsinə çevrilməməli olduğunu bildirib.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri də həmçinin İranı cümə axşamı günü iki ADNOC gəmisinə edilən hücuma görə məsuliyyət daşımaqda ittiham edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar