SON XƏBƏRLƏR

"Traktor" yeni mövsümdə ilk qələbəsini qazandı

2026.08.15, 10:05
"Traktor" yeni mövsümdə ilk qələbəsini qazandı

İran futbolunun Premyer Liqasının 25-cı mövsümünün ilk həftəsində Təbrizin "Traktor" komandası ilə Tehranın "Peykan" komandası qarşılaşıb.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Məlumata görə, qarşılaşma avqustun 14-də yerli vaxtla saat 18:00-da Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda vaş tutub.

On minlərlə tamaşaçının iştirak etdiyi qarşılaşmada Təbriz komandası 2-0 hesabı ilə qələbə qazanıb.

Sosial media şəbəkəsində yayılan məlumatlara görə, oyundan əvvəl tamaşaçılar arasında çox sayda İran bayraqları paylanılsa da, azarkeşlər onları qaldrımaqdan imtina edib, bayraqlar qırağa atılıb.

Eyni halda bundan əvvəlki ənənəyə uyğun olaraq azərbaycanlı tamaşaçılar "Yaşasın Azərbaycan", "türk dilində mədrəsə" və başqa bu kimi milli  şüarlar səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar