SON XƏBƏRLƏR

Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb

2026.08.15, 14:39
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb

Avqustun 15-də Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb

Gunaz.tv

Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstqahi məlumat verib.

O, ötən ilin eyni dövrü gölün sahəsinin 552 kvadrat kilometr olduğunu və bu il 1935 kvadrat kilometr artdığını söyləyib.

Bununla yanaşı göldə suyun miqdarının da 4 milyard 200 milyon kubmetr olduğu bildirilib.

Qeyd edək ki, ekoloqların bildirdiyinə görə, yay aylarında göldə olan su miqdarının təxminən 2 milyard kubmetrinin buxarlanacağı gözlənilir.

Urmiya gölünün maksimum ekoloji (tarixi ideal) su tutumu təxminən 30–32 milyard kubmetr, sahəsi isə təxminən 5000–6000 kvadratkilometr olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar