SON XƏBƏRLƏR

İrana 700 ton ABŞ düyüsü idxal edilib

2026.08.15, 16:53
İrana 700 ton ABŞ düyüsü idxal edilib

Son aylar İraq vasitəsilə Amerikadam İrana təxminən 700 ton düyü daxil olunub.

Gunaz.tv

Bunu İran Düyü İdxalçıları Assosiasiyasının katibi Məcid Rza Xaki deyib. 

Onun sözlərinə görə, bu yüklər fərdlər tərəfindən sifariş qeydiyyatı olmadan idxal edilib, lakin onların idxalı qaçaqmalçılıq hesab edilmir.

Xaki ABŞ-dan rəsmi olaraq düyü alışı olmadığını deyib və ABŞ-dan birbaşa və mütəşəkkil düyü idxalı üçün heç bir anlaşma memorandumu və ya planın assosiasiyaya bildirilmədiyini söyləyib.

Onun iddiasına görə, qeyd olunan düyü yüklər İrana İraqdan və fərdlər tərəfindən dağınıq şəkildə daxil olub.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar