SON XƏBƏRLƏR

Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi

2026.08.15, 19:31
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi

Gunaz.tv

İsrail Baş nazirinin ofisi Hizbullahın şənbə səhəri Livanın cənubundakı təhlükəsizlik bölgəsində İsrail qüvvələrinə hücum edərək atəşkəsi pozduğunu açıqlayıb.

Açıqlamaya görə, hücum zamanı İsrail ordusunun üç hərbçisi ağır yaralanıb.

İsrail bildirir ki, həmin hərbçilər sərhədin o biri tərəfindəki İsrail yaşayış məntəqələrini qoruyan bölgədə yerləşiblər.

İsrail ordusu hücuma cavab olaraq, hücum əmrinin verildiyini bildirdiyi Hizbullahın komanda qərargahını hədəfə alıb.

İsrail Baş nazirinin ofisi həmçinin Hizbullahı İsraili mülki şəxsləri qəsdən hədəfə almaqda ittiham etmək üçün mülki insanlardan “canlı qalxan” kimi istifadə etməkdə suçlayıb.

Ofis İsrail ordusunun mülki şəxsləri hədəfə almadığını vurğulayıb.

 


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar