SON XƏBƏRLƏR

İran prezidentinin birinci müavini: Bahalaşma narahatedicidir; ən pis ssenarilərə hazır olmalıyıq

2026.08.16, 21:19
İran prezidentinin birinci müavini: Bahalaşma narahatedicidir; ən pis ssenarilərə hazır olmalıyıq

Gunaz.tv

Gunaz.TV xəbər verir ki, İran prezidentinin birinci müavini Məhəmməd Rza Arif qiymətlərin kəskin artdığını etiraf edərək, bahalaşmanın “narahatedici vəziyyətə” çevrildiyini bildirib.

Arif bazar günü xəbərdarlıq edib ki, ABŞ iqtisadi təzyiqdən istifadə edərək İranda narazılıq və “sosial çöküş” yaratmağa çalışır.

O, Bazarın Tənzimlənməsi Qərargahının iclasında “düşmənin strategiyası qiymət artımı dalğasından istifadə etməkdir” deyib və hökumət qurumlarını “ən pis ssenarilərə” hazır olmağa çağırıb.

Bu açıqlamalar son günlər İranda bir sıra şəhərlərdə təqaüdçülərin etiraz aksiyalarının keçirildiyi barədə məlumatların yayıldığı bir vaxtda səsləndirilib.

Eyni zamanda, İranın bəzi bölgələrində benzin qıtlığı ilə bağlı məlumatlar yayılıb. Kirmanda benzinin 87 min 200 tümənə satılması planı da başladıqdan cəmi bir neçə saat sonra dayandırılıb.

İran prezidenti də ötən həftə ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ölkəyə mal idxalını çətinləşdirdiyini və hökumətin benzin idxalı üçün lazımi resurslara malik olmadığını bildirib.

 


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar