SON XƏBƏRLƏR

Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı

2026.08.16, 23:14
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı

ABŞ-İran danışıqlarında İranda son qərarı kimin verdiyi hələ də məlum deyil.

Gunaz.tv

Gunaz.TV xəbər verir ki, Donald Tramp administrasiyası may ayının ortalarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə gizli əlaqə kanalı yaradıb. Bu kanalın detalları indiyədək açıqlanmayıb.

ABŞ-ın “Axios” xəbər saytı üç məlumatlı mənbəyə istinadən bildirib ki, bu kanal Vaşinqtonun İranın rəsmi danışıqlar aparan nümayəndələrinin müharibənin başa çatması ilə bağlı yekun və məcburi qərarlar qəbul etmək imkanlarına dair şübhələrinin artdığı bir vaxtda yaradılıb.

Məlumata görə, bu prosesə bölgədə tanınmış bir siyasi şəxs də cəlb olunub. Məlumatlı mənbələr İraq Kürdüstan Regionunun rəhbəri Nəçirvan Bərzaninin gizli vasitəçi rolunu oynamaq üçün seçildiyini bildiriblər. Bərzani ABŞ və İran rəsmiləri ilə yaxın münasibətlərə malikdir və SEPAH-ın bəzi yüksək səviyyəli şəxslərinin də etimadını qazanıb.

“Axios” yazıb ki, bu gizli əlaqə kanalının detalları indiyədək açıqlanmayıb. Kanal həmçinin Vaşinqton-Tehran danışıqlarında İranda yekun qərarın konkret olaraq hansı qurum və ya şəxsin səlahiyyətində olduğunun hələ də aydın olmadığını göstərir.

ABŞ və İran bu əlaqələrdən sonra anlaşma memorandumuna nail olublar. Lakin bu razılaşma uzun sürməyib və qısa müddət sonra dağılıb.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar