SON XƏBƏRLƏR

Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı

2026.08.17, 09:53
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı

Sisyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadə ərədəbil Kəşfiyyat darəsinə çağırılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, avqustun 16-da Kəşfiyyat İdarəsindən R.Əlizadəyə zəng edərək onun adı çəkilən quruma getməsi istənilib.

Çağırışıb səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, Abbas Lisani 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdiyi vaxt həbs edilib.

Bu ayın əvvəllərində isə Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi onu "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ona rəhbərlik etmək" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamları ilə ümumilikdə 15 il həbs cəzasına məhkum edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar