SON XƏBƏRLƏR

Milli fəalın həbs müddəti başa çatdı

2026.08.17, 10:29
Milli fəalın həbs müddəti başa çatdı

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi sərbət buraxılıb.

Gunaz.tv

Bu barəə insan haqları təşklatları məlumat yayıb.

Onun barəsində çıxarıldığı həbs müddətinin başa çatdığı üçün azad edildiyi bildirilib.

Qeyd edək ki, Ərdəbil əyalətinin Xiyav şəhərindən olan Fatimə Atəşi Xiyavi 2024-cü ilin fevral ayının əvvəllərində (digər azərbaycanlı fəallarla birlikdə) təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. 

Bir müddət sonra 800 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxıldıqdan sonra, cəzasının icrası üçün 2025-ci il fevralın 23-də yenidən Evin Prokurorluğuna çağırılaraq həbs olunub və Tehranın Evin həbsxanasına köçürülüb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar