SON XƏBƏRLƏR

Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir

2026.08.18, 11:00
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir

Kanada Federal Məhkəməsi İran Daxili İşlər Nazirliyinin keçmiş sözçüsü Salman Samaninin ölkədən qovulması barədə qərar verib.

Gunaz.tv

Bu haqda LAW360 xəbər xidməti məlumat yayıb.

Salmaninin Həsən Ruhaninin prezidentliyi dövründə İranda insan haqlarının pozulmasındakı roluna görə Kanadadan qovulduğu bildirilib.

O, 2021-ci ildə Ankarada verilən turist vizası ilə Kanadaya səyahət edib. İki il sonra Kanada onun və onlarla digər İran hökumət məmurunun və ya onların yaxınlarının vizasını ləğv edib, ancaq Salmani Toronto məhkəməsində iddia qaldıraraq Kanadada qalmağa çalışıb.

daxili İşlər Nazirliyinin keçmiş sözçüsü, deportasiya qərarının "qanuni hüquqların pozulması və ağlabatan olmayan" olduğunu iddia edib. Federal Məhkəmə onun deportasiya qərarını qüvvədə saxlayıb və həmin şəxsin qovulmasını Kanada mənafeinə uyğun hesab edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar