SON XƏBƏRLƏR

Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu

2026.08.18, 12:36
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu

Tehran Prokurorluğu "Azad" internet proqramının direktoru və aparıcısı Mehdi Əhmədinin media fəaliyyətini qadağan edib.

Gunaz.tv

Bu haqda jurnalistin özü məlumat yayıb.

"Mən, Mehdi Əhmədi, göndərilən çağırış bildirişindən sonra avqustun 15 və 16-da ittihamlarla tanış olmaq üçün prokurorluğa getdim. Yalan yaymaq ittihamı ilə barəmdə cəza tədbiri görülsə də, məhkəmə orqanının qərarına əsasən, girov müqabilində azadlığa buraxıldım. Ancaq növbəti qərara qədər "Azad" media orqanında hər hansı müsahibə dərc etmək barədə qadağa tətbiq edildi",- o sosial media hesabında bildirib.

İran məhkəməsinin saytı olan "Mizan" isə proqramın hazırlanmasında və yayımında rolu olan şəxslərə qarşı cinayət işinin açıldığını yazıb və onların "çoxsaylı media pozuntularına" yol verdiklərini iddia edib.

Qeyd edək ki, yayımına qadağa qoyulan proqramda İranın hazırkı siyasi-ictimai vəziyyəti müzakirə olunub və hakimiyyətin siyasətləri tənqid edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar