SON XƏBƏRLƏR

Yüksək rütbəli iranlı rəsmi şəxs Kanadadan deportasiya edilib

2026.08.18, 19:53
Yüksək rütbəli iranlı rəsmi şəxs Kanadadan deportasiya edilib

Kanada İranın keçmiş daxili işlər nazirinin müavini Salman Samanini ölkədən deportasiya edib.

Gunaz.tv

Kanada Sərhəd Xidmətləri Agentliyi çərşənbə axşamı təsdiqləyib ki, İranın keçmiş daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin müavini Salman Samani Kanadadan deportasiya edilib. Agentlik bildirib ki, bu addım Kanadanın milli maraqları naminə atılıb.

Samani İranın keçmiş yüksək rütbəli rəsmilərinin Kanadada yaşamasını qadağan edən qanuna əsasən bu ölkədən deportasiya edilən ikinci keçmiş iranlı məmurdur.

Bundan əvvəl İran prezidentinin müavininin texnologiya məsələləri üzrə müşaviri Məcid İranmənş də eyni qanun əsasında Kanadadan deportasiya edilmişdi. Məhəmmədbaqer Qalibafın oğlu İlyas Qalibafın Kanadada daimi yaşayış icazəsi almaq üçün müraciəti də rədd edilmişdi.

Samani Kanadaya köçməzdən əvvəl 14 il İranın rəsmi dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışıb və Ankarada verilmiş turist vizası ilə Kanadaya daxil olub.

Onun deportasiyası barədə qərar 2024-cü ilin martında qəbul edilmişdi. Samani qərardan apellyasiya şikayəti verib. Lakin Kanada Federal Məhkəməsi bu həftə onun müraciətini rədd edərək deportasiya qərarını qüvvədə saxlayıb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar