SON XƏBƏRLƏR

Tehran iki fransız əməkdaşı ölkədən çıxardı, Paris cavab verdi

2026.08.18, 21:42
Tehran iki fransız əməkdaşı ölkədən çıxardı, Paris cavab verdi

İran Tehrandakı Fransa səfirliyinin iki keçmiş əməkdaşını “arzuolunmaz şəxs” elan edib. İrana cavab verir: iki iranlı diplomat Parisdən qovulur.

Gunaz.tv

İran Xarici İşlər Nazirliyi bəyanatında Tehrandakı Fransa səfirliyinin iki keçmiş əməkdaşını “beynəlxalq hüquqa zidd fəaliyyət” göstərdikləri iddiası ilə “arzuolunmaz şəxs” elan edib.

Bəyanatda bildirilir ki, Xarici İşlər Nazirliyinin iddiasına görə, 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlərinə görə bu iki şəxsin İrana qayıtmasına icazə verilməyəcək.

İran Xarici İşlər Nazirliyi daha əvvəl bu şəxslərin adlarını açıqlamadan “iki fransız diplomatın qeyri-adi davranışına” etiraz etmiş və onların İrandan çıxarıldığını bildirmişdi. 

Fransa səfirliyi isə iki şəxsin missiyasının başa çatdığını və onların İranı tərk etməyə hazırlaşdığını açıqlamışdı.

Son günlər məlum olub ki, bu iki şəxs Fransa səfirliyinin mədəniyyət şöbəsinin əməkdaşları olub və görünür, mədəniyyət layihəsi ilə bağlı iki iranlı qrafik dizaynerlə görüşüblər. Həmin iki qrafik dizayner də o vaxtdan həbsdədir.

Bu addıma cavab olaraq Fransa Xarici İşlər Nazirliyi yaxın vaxtlarda iki iranlı diplomatı Parisdən çıxaracağını açıqlayıb.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar