SON XƏBƏRLƏR

Bəşər Əsədin mirası: Suriyada bir neçə ton nüvə materialı tapıldı!

2026.08.18, 23:46
Bəşər Əsədin mirası: Suriyada bir neçə ton nüvə materialı tapıldı!

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Suriyada elan edilməmiş bir obyektdə bir neçə ton nüvə materialının aşkarlandığını bildirib.

Gunaz.tv

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani çərşənbə axşamı bildirib ki, Dəməşq elan edilməmiş bir obyektdə nüvə materiallarının olduğunu Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verib. Agentliyin baş direktoru Rafael Qrossi də komandası ilə birlikdə bu əraziyə baş çəkib və lazımi nümunələri götürüb.

Qrossi bildirib ki, agentlik Suriyada “bir neçə ton nüvə materialı” aşkarlayıb və bu materiallardan sui-istifadə oluna bilər.

Əl-Şeybani bildirib ki, Suriya nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu vurğulayır və aşkar edilən materiallar agentliyin təminatları altında Suriya hökumətinin nəzarətində qalacaq. Dəməşq həmçinin bu materialların təhlükəsiz şəkildə saxlanması və onlarla bağlı tədbirlərin görülməsi üçün agentliklə əməkdaşlıq edəcəyini açıqlayıb.

Suriyanın xarici işlər nazirinin sözlərinə görə, Dəməşq iyulun 17-də rəsmi məktubla və könüllü şəkildə elan edilməmiş bir obyektdə nüvə materiallarının olduğunu agentliyə bildirib. O qeyd edib ki, bu materiallar Bəşər Əsədin Suriyada “keçmiş rejim” tərəfindən qoyub getdiyi mirasın bir hissəsidir.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar