SON XƏBƏRLƏR

ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir

2026.08.19, 20:30
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir

Hakabi: Tramp hərbi gücdən istifadə etməkdə ciddidir.

Gunaz.tv

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi “Əl-Ərəbiyyə”nin ingilisdilli bölməsinə müsahibəsində Vaşinqtonun İranın təhdidlərini ciddi qəbul etdiyini bildirib və deyib: “İrana qarşı genişmiqyaslı müharibə hələ də bir seçim kimi gündəmdədir”.

Hakabi vurğulayıb: “İranlılar anlamalıdırlar ki, Prezident Tramp hərbi gücdən istifadə etmək məsələsində ciddidir”.

O, Suriya ilə bağlı ABŞ-nin Suriya, İsrail və Türkiyə arasında gərginliyin azaldılması üçün mexanizm yaratmağa çalışdığını bildirib.

ABŞ səfiri Qəzza ilə bağlı deyib: “HƏMAS raket silahlarını saxladığı müddətdə Qəzza zolağının bərpasına başlanılmayacaq”.

O əlavə edib ki, HƏMAS “bir ədəd silahından belə” imtina etməyib və İsrailin özünü müdafiə etmək hüququ var.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar