SON XƏBƏRLƏR

Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır

2026.08.21, 13:06
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır

İranın Xuzistan əyalətinin Əhvaz şəhərinin Şeyban həbsxanasında ən azı 600 siyasi ərəb məhbus qeyri-müəyyən və ağır vəziyyətdə saxlanılır.

Gunaz.tv

Bu barədə Karun insan haqları təşkilatı məlumat yayıb.

Həmin şəxslər 40 günlük müharibə və ondan sonrakı dövr həbs ediliblər.

Məlumata görə, həbsxananın 8-ci bölməsində 185 nəfər, 5-ci bölməsində 120 nəfər və karantin bölməsində isə 310-dan çox şəxs saxlanılır.

Bildirilib ki, həbsxananın tutumu 2000 min məhbus üçün nəzərdə tutulduğu halda burada 4000dən çox məhbus cəza çəkir.

Siyasi məhbusların vəkillə təmin olunmaq və ailələri ilə əlaqə saxlamaq imkanlarının məhdudlaşdırıldığı, onlardan bir sırasının işgəncələrə məruz qaldığı qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar