SON XƏBƏRLƏR

Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub

2026.08.21, 20:11
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub

Gunaz.tv

İran prezidenti Məsud Pezeşkian benzinin aşağı qiymətini tənqid edərək bildirib ki, hökumət benzini daha yüksək qiymətə alır, lakin əhaliyə subsidiya ilə satır.

Pezeşkian ABŞ-ın İrana qarşı dəniz blokadası və maliyyə məhdudiyyətlərinə toxunaraq deyib: “Kim deyib ki, hökumət benzini 130 min tümənə almalı, sonra 1500 tümənə satmalıdır?”

O bildirib ki, bu vəziyyətin davam etməsi hökumətin ərzaq kuponları, buğda istehsalçılarının ödənişləri, sığorta, işçilərin, təqaüdçülərin və dövlət qulluqçularının yaşayış xərclərinin qarşılanmasında maliyyə məhdudiyyətləri ilə üzləşməsinə səbəb olur.

Eyni zamanda, hökumətin benzinin sərbəst qiymətlə satılması üçün “dördüncü kvota” tətbiq etmək planı bəzi deputatlar və mühafizəkar siyasətçilərin etirazı ilə qarşılaşıb.

Məhəmmədbaqir Qalibaf da benzinin qiymətinin artırılmasını “hesablanmış tədbir” hesab etmədiyini bildirib.

Enerjinin optimallaşdırılması üzrə qurumun rəsmisi isə benzinin idxalında məhdudiyyət yarandığını və ölkənin ehtiyatlarından əhəmiyyətli həcmdə istifadə edildiyini açıqlayıb və bu tendensiyanın davam etməsi barədə xəbərdarlıq edib.

 

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar