SON XƏBƏRLƏR

Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir

2026.08.21, 23:50
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin imam-cüməsi Mehdi Qureyşi cümə namazı xütbəsində bildirib ki, «Hicab və iffət» qanununun islahata ehtiyacı olsa belə, hökumət hicab və «əxlaqsızlıq» adlandırdığı məsələlərə müdaxilə etməlidir.

O bildirib ki, qanuna ehtiyac olduqda dəyişiklik edilməlidir, lakin İslam hökuməti cəmiyyətdə «təhlükəsiz mühit yaratmalı» və hicab məsələsində tədbir görməlidir.

Qureyşi həmçinin «birlik» və milli həmrəyliyin qorunmasına çağırıb və insanların tənqid və etiraz hüququnun olduğunu deyib.

Hicabın məcburi olmasını tənqid edənlər isə bildirirlər ki, qadının geyimini seçmək hüququna dövlət müdaxilə etməməlidir və hicab könüllü olmalıdır.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar