SON XƏBƏRLƏR

Rusiyanın Kiyev ətrafındakı anbarlara hücumu (VİDEO)

2026.08.27, 20:34
Rusiyanın Kiyev ətrafındakı anbarlara hücumu (VİDEO)

Gunaz.tv

Rusiyanın gecə saatlarında Kiyev əyalərinə PUA və ballistik raketlərlə endirdiyi zərbələr nəticəsində bir neçə anbar və logistika mərkəzində yanğın baş verib.

Rusiya qüvvələri çərşənbədən cümə axşamına keçən gecə, 26-27 avqust tarixlərində Kiyev vilayətinin müxtəlif ərazilərini hücum PUA-ları və ballistik raketlərlə hədəfə alıb.

Hücumlar nəticəsində Borispil və Fastiv rayonlarında yerləşən bir sıra anbar və logistika mərkəzlərinə ziyan dəyib və genişmiqyaslı yanğınlar baş verib.

Hədəfə alınan obyektlərdən biri Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya məxsus «Roşen» (Roshen) şirkətinin Kiyev yaxınlığındakı anbarı olub. Şirkət anbarın ciddi zərər gördüyünü və bəzi məhsulların tədarükündə müvəqqəti fasilələrin yarana biləcəyini bildirib.

«Fora», «Budinok İqraşok», «Komfi», «Epitsentr» və «Silpo» kimi bir sıra şirkət və mağazaların anbar və paylama mərkəzləri də zərər görüb və ya dağıdılıb.

Hücumlar zamanı bir neçə yaşayış binasına da ziyan dəyib. Məlumatlara görə, 15 yaşlı qız və 73 yaşlı qadın yaralanıb.

Ukrayna rəsmiləri Rusiyanı mülki infrastrukturu hədəfə almaqda ittiham edib. Rusiya isə hücumlarda hərbi və ya müharibəyə dəstək məqsədilə istifadə olunan obyektlərin hədəf alındığını bildirir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar