SON XƏBƏRLƏR

Möhsün Rzaei: Hörmüz boğazını açmayacağıq

2026.08.27, 23:03
Möhsün Rzaei: Hörmüz boğazını açmayacağıq

İran rəsmisi ABŞ-ın Tehranın şərtlərini yerinə yetirməyəcəyi təqdirdə Hörmüz boğazının açılmayacağını bildirib.

Gunaz.tv

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaei cümə axşamı Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşündə bildirib ki, ABŞ İranın tələblərinin həyata keçirilməsi istiqamətində praktiki addımlar atmayana qədər Tehran Hörmüz boğazını açmayacaq.

Rzaei həmçinin ABŞ-ın İrana qarşı hərbi addım atacağı təqdirdə Tehranının Vaşinqtonun hərbi və iqtisadi maraqlarını hədəfə alacağı ilə hədələyib.

O, ABŞ-ın daha əvvəl də «diplomatiya və danışıqlarda İrana dəfələrlə xəyanət etdiyini» iddia edib.

Qətərin baş naziri İran və ABŞ arasında vasitəçilik məqsədilə Tehrana səfər edib. O, səfər çərçivəsində İran parlamentinin sədri və baş müzakirəçisi Məhəmmədbaqir Qalibaf və prezident Məsud Pezeşkianla da görüşüb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar