SON XƏBƏRLƏR

Besnet: İran xalqı yoxsulluq içindədir, amma milyardlarla dollar xaricdə xərclənir

2026.08.27, 23:12
Besnet: İran xalqı yoxsulluq içindədir, amma milyardlarla dollar xaricdə xərclənir

ABŞ-ın maliyyə naziri bildirir ki, İran xalqı əsas ehtiyaclarını qarşılamaqda ciddi çətinlik çəkir, İran hakimiyyəti isə milyardlarla dolları ölkə xaricində xərcləyir.

Gunaz.tv

ABŞ-ın maliyyə naziri Skott Besnet cümə axşamı bildirib ki, İran xalqı ağır iqtisadi vəziyyət və yoxsulluqla üz-üzədir, lakin İran hakimiyyəti milyardlarla dolları xaricdə xərcləməyə davam edir.

Besnet sosial şəbəkə X-də yazıb ki, İran hakimiyyəti milyardlarla dolları öz qüvvələrinə və xaricdəki müttəfiq qruplarına ayırmaq əvəzinə, bu vəsaitləri İran xalqının həyat şəraitinin yaxşılaşdırılmasına sərf etməlidir.

ABŞ maliyyə nazirinin açıqlaması Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq və sanksiyaları artırdığı, həmçinin Tehranı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdığı bir vaxtda səslənib.

Eyni zamanda, İranda iqtisadi problemlərin və yanacaq çatışmazlığının dərinləşməsi benzin məntəqələri qarşısında uzun növbələrin yaranmasına səbəb olub. Yeni yanacaq kvotalarının tətbiqi və əvvəlki limitlərin azaldılması vəziyyəti daha da ağırlaşdırıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar