SON XƏBƏRLƏR

İranda daha bir etirazçı edama məhkum edildi

2026.08.28, 14:26
İranda daha bir etirazçı edama məhkum edildi

Məşhəd İnqilab Məhkəməsi yanvar etirazları zamanı həbs edilən 25 yaşlı Hüseyn Nəzəri barəsində edam hökmü verib.

Gunaz.tv

Bu barədə insna haqları təşkilatları məlumat yayıb.

O, "düşmən ölkə və qruplarla əməkdaşlıq", "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və ölbir olmaq", "hökumətə qarşı təbliğat" və "yer üzündə fitnə yaymaq"da günahlandırılıb.

Hüseyn Nəzəri hazırda Məşhədin Vəkilabad həbsxanasında saxlanılır.

Qeyd edək ki, yanvar etirazlarına görə bu günə kimi İranda 29 nəfər dar ağacından asılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar