SON XƏBƏRLƏR

Lavrov: İrana hücumlar nüvə silahı tərəfdarlarını gücləndirdi

2026.08.28, 20:41
Lavrov: İrana hücumlar nüvə silahı tərəfdarlarını gücləndirdi

Gunaz.tv

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin İrana hücumlarının Tehranın nüvə silahına sahib olmasını müdafiə edən şəxslərin mövqelərini gücləndirdiyini bildirib.

Gunaz TV xəbər verir ki, Lavrov Rusiyanın «RBC» telekanalına müsahibəsində hücumların nəticələrindən birinin İran rəhbərliyində nüvə silahının ölkəni gələcək hücumlardan qoruyacağına inanan şəxslərin mövqelərinin güclənməsi olduğunu deyib.

Lavrov bildirib ki, bu yanaşmanı müdafiə edənlər Əli Xameneinin rəhbərliyi və Əli Laricaninin Milli Təhlükəsizlik Ali Şurasında fəaliyyəti dövründə kənarda qalırdılar. Onun sözlərinə görə, ABŞ və İsrailin hücumlarından sonra isə nüvə silahının əldə edilməsini müdafiə edənlərin mövqeyi güclənib.

Rusiya XİN rəhbəri ABŞ-ın İran rəsmiləri ilə mümkün danışıqlarına da toxunub. O, Donald Trampın İran rəhbərləri ilə danışmaq istədiyini bildirdiyini, lakin bir sıra yüksək vəzifəli iranlı rəsmilərin öldürülməsindən sonra Vaşinqtonun kimlə danışıqlar aparacağını bilmədiyini deyib.

Lavrov vurğulayıb ki, hərbi hücumlar İranda nüvə silahına sahib olmağı gələcək hücumların qarşısını almaq üçün vasitə hesab edənlərin mövqelərini daha da gücləndirə bilər.

 

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar