SON XƏBƏRLƏR

Müctəba Xamenei: Ölkənin zəif tərəflərini açıqlamaq düşmənə köməkdir

2026.08.28, 21:32
Müctəba Xamenei: Ölkənin zəif tərəflərini açıqlamaq düşmənə köməkdir

Gunaz.tv

İranın lideri Müctəba Xamenei hökumət rəsmilərinin ölkədəki problemləri və zəiflikləri açıqlamasını tənqid edib və bunun «düşmənə kömək» etdiyini bildirib.

Gunaz TV xəbər verir ki, Müctəba Xameneinin ofisi tərəfindən cümə günü yayımlanan bəyanatda onun son vaxtlar ölkənin iqtisadi vəziyyəti və mövcud problemləri barədə danışan hökumət rəsmilərini tənqid etdiyi bildirilib.

Bəyanatda ölkənin zəif tərəflərinin açıqlanmasının düşmənə kömək etməklə yanaşı, İranın «dost və tərəfdarları» arasında da narahatlıq və çaşqınlıq yaratdığı qeyd olunub. Xamenei bunun əvəzinə hökumətin «gücünü və müsbət tərəflərini» önə çıxarmağa çağırıb.

Bu açıqlamalar İran prezidenti Məsud Pezeşkian və Mərkəzi Bankın rəhbəri Əbdünnasir Himmətinin iqtisadi problemlər, ABŞ-ın dəniz blokadası, neft satışının dayanması və benzin idxalında çətinliklər barədə danışmasından sonra səsləndirilib.

Müctəba Xamenei inflyasiya və işsizliyin ölkə iqtisadiyyatındakı problemlərdən olduğunu da bildirib və onların tədricən aradan qaldırılmalı olduğunu deyib.

O, həmçinin ABŞ-ın müharibə zamanı və müharibədən sonra həyata keçirdiyi tədbirlərin İranın hazırkı vəziyyətinə təsirsiz olmadığını etiraf edib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar