SON XƏBƏRLƏR

Məşhəddə ailə başçısı ailə üzvlərini öldürdü

2026.08.29, 13:13
Məşhəddə ailə başçısı ailə üzvlərini öldürdü

İranın Məşhəd şəhərində ailə başçısı 23 yaşlı həyat yoldaşını, 1 və 2 yaşlı iki övladını bıçaq və baltadan istifadə edərək qətlə yetirib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Bildirilib ki, Məhəmmədbaqir.D adlı 26 yaşlı qatil hadisədən sonra şəxsi avtomobili ilə çoxmərtəbəli dayanacağa daxil olub və üçüncü mərtəbədən özünü ataraq intihar edib.

Onlara yaxın şəxslərin dediyinə görə, cinayət ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, İranda ailə başçılarının ailə üzvlərini qətlə yetirməsi hallarında kəskin artım müşahidə olunur. Beynəlxalq insan hüquqları təşkilatlarının və yerli müstəqil medianın hesabatları bu növ cinayətlərin müasir İranda ciddi bir epidemiya halını aldığını göstərir.

İnsan hüquqları təşkilatlarının rəsmi məlumatlarına əsasən, İranda qadın qətllərinin sayı son illərdə ikiqat və bəzi dövrlərdə rüblük müqayisədə 5 dəfəyə qədər artım nümayiş etdirmişdir.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar