SON XƏBƏRLƏR

ABŞ İraq Kürdüstanındakı peşmərgəyə yardımı dayandırır?

2026.08.30, 10:05
ABŞ İraq Kürdüstanındakı peşmərgəyə yardımı dayandırır?

Gunaz.tv

GünAz TV xəbər verir ki, ABŞ mənbələri “Əl-Ərəbiyyə”yə bildiriblər ki, Vaşinqtonla Ərbil arasında anlaşma memorandumu sentyabrın 30-da başa çatacaq və bu memorandumun uzadılması və ya ABŞ-ın İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə yardımının davam etdirilməsi ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb.

ABŞ mənbələri həmçinin bildiriblər ki, bundan sonra federal İraq hökumətinə göstəriləcək hər hansı yardım konkret nəticələrin əldə olunması və müəyyən edilmiş missiyaların yerinə yetirilməsi şərtinə bağlı olacaq.

Bununla belə, kürd mənbələri memorandumun başa çatmasının ABŞ ilə İraq Kürdüstanı bölgəsi arasında əməkdaşlığın tamamilə dayandırılması anlamına gəlmədiyini vurğulayıblar.

Peşmərgə qüvvələri İŞİD-ə qarşı mübarizə zamanı ABŞ-la əməkdaşlıq edib. 2014-cü ildə Türkiyə də İraq peşmərgəsinin İŞİD-lə mübarizə aparmaq üçün Türkiyə ərazisindən keçərək Kobaniyə getməsinə icazə verib.

ABŞ-ın peşmərgəyə birbaşa dəstəyinin başa çatması İraqın şimalındakı təhlükəsizlik vəziyyətinə və bu bölgədəki silahlı qrupların roluna təsir göstərə bilər.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar