SON XƏBƏRLƏR

İranda mənzil və kommunal xidmətlər üzrə inflyasiya kəskin artıb

2026.08.30, 13:58
İranda mənzil və kommunal xidmətlər üzrə inflyasiya kəskin artıb

Gunaz.tv

GünAz TV xəbər verir ki, İran Statistika Mərkəzinin 2026-ci ilin iyul - avqust ayı üzrə açıqladığı inflyasiya göstəriciləri ailələrin mənzil və kommunal xidmətlərə çəkdiyi xərclərin kəskin artdığını göstərir.

Məlumatlara görə, mənzil sektorunda illik inflyasiya 32,7 faizə, kirayə haqlarında illik inflyasiya isə 32,3 faizə çatıb. Mənzil sektorunda illik müqayisəli inflyasiya da 32,5 faiz təşkil edib.

Ən kəskin inflyasiya artımı xidmət və enerji sahələrində qeydə alınıb.

Mənzillərin saxlanılması və təmiri xidmətlərində illik müqayisəli inflyasiya 82,3 faiz, illik inflyasiya isə 65,9 faiz olub.

Su, elektrik və yanacaq qrupunda aylıq inflyasiya 8,4 faiz, illik inflyasiya 91,6 faiz, illik müqayisəli inflyasiya isə 118,4 faiz təşkil edib.

Bu qrupun istehlak səbətində 36,11 faizlik paya malik olması su, elektrik və yanacaq xərclərindəki artımın ailələrin yaşayışına ciddi təzyiq göstərdiyini göstərir.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar