SON XƏBƏRLƏR

Daha bir etirazçının edam hökmü təsdiq edildi

2026.08.31, 14:19
Daha bir etirazçının edam hökmü təsdiq edildi

İran Ali Məhkməsi yanvar etirazları zamanı həbs edilən 26 yaşlı Əli Əsgər Peyqəmbərinin edam hökmünü təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 23-cü bölməsi onun barəsində edam hökmü vermişdi.

Məlumata görə, Peyqəmbəri "İsraillə casusluq və əməkdaşlıq üçün cəzanın artırılması haqqında qanun"a istinadən edərək ölüm cəzsına məhkum edilib.

Qeyd edək ki, yanvar etirazlarına görə bu günə kimi İranda 29 nəfər dar ağacından asılıb, 40 nəfər barədə isə edam hökmü çıxarılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar