SON XƏBƏRLƏR

Pezeshkian və Əliyev Bişkekdə səmimi söhbət etdilər: “Azərbaycan suyundan da için” (VİDEO)

2026.08.31, 20:34
Pezeshkian və Əliyev Bişkekdə səmimi söhbət etdilər: “Azərbaycan suyundan da için” (VİDEO)

Gunaz.tv

GünAz TV xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian və Azərbaycan prezidenti İlham Əliyev bu gün Bişkekdə görüşüblər. Görüşdən əvvəl iki prezident arasında səmimi söhbət olub.

Söhbət zamanı Pezeşkian Gürcüstanda istehsal olunan “Borjomi” mineral suyundan içmək istəyib. İlham Əliyev isə ona Azərbaycan mineral sularını təklif edərək: “Azərbaycan suyundan da için”, - deyib.

Əliyev masanın üzərindəki “Badamlı” və “İstisu” markalarını göstərərək bu suların müvafiq olaraq Naxçıvan və Kəlbəcərdən olduğunu bildirib. Daha sonra Kəlbəcərin “İstisu” mineral suyunu stəkanlara süzüb və iranlı həmkarına təqdim edib.

İki prezident daha sonra Azərbaycan suyundan içərək söhbətlərini səmimi şəraitdə davam etdiriblər.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar