SON XƏBƏRLƏR

AB-nin xarici siyasət rəhbəri Kallas: Hörmüz boğazında yeni rüsum və ödənişlər olmamalıdır

2026.09.01, 12:32
AB-nin xarici siyasət rəhbəri Kallas: Hörmüz boğazında yeni rüsum və ödənişlər olmamalıdır

Hörmüz boğazından sərbəst keçid hüququna hörmət edilməli və gəmilərdən yeni rüsum və ya ödənişlər tutulmamalıdır.

Gunaz.tv

Bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas.

“Dənizçilik azadlığına hörmət edilməlidir”, — Kallas AB müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə deyib.

O bildirib ki, Hörmüz boğazı ilə bağlı diplomatik səylər davam edir, lakin hələlik nəticə verməyib.

“Bizim üçün vacib olan budur ki, əvvəllər açıq olan bu marşrutlar üzrə heç bir rüsum və ödəniş tətbiq edilməsin”, — Kallas deyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar