SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbus xəstəxanaya köçürüldü

2026.09.02, 09:56
Azərbaycanlı siyasi məhbus xəstəxanaya köçürüldü

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən saxlanılan azərbaycanlı siyasi məhbus Babək Dadbəxşin vəziyyəti ağırlaşdığına görə xəstəxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

"Babək Dadbəxşin fiziki vəziyyəti pisləşdikdən və aclıq səbəbindən huşunu itirdikdən sonra Ərdəbildəki xəstəxanaya köçürülüb. Onun vəziyyəti hələ də ağırdır və ailəsinə onunla görüşməyə icazə verilməyib",- məlumatda bildirilib.

Ərdəbilli siyasi məhbus İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Ejeiyə yazdığı məktubda tələblərinin yerinə yetirilməməsi və hüquqlarının pozulmasına etiraz olaraq avqustun 23-dən aclıq aksiyasına başladığını bildirib. 

Qeyd edək ki, təhlükəsizlik məmurları Babək Dadbəxşi 2018-ci ilin noyabr ayında Tehranda həbs ediblər.

"Müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq, silah saxlamaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq"da günahlandırılan azərbaycanlı məhbus 43 il azadlıqdan məhrum edilib.

O, həbs olunmazdan əvvəl evli və iki uşaq atası olub, həbs edildikdən sonra qəza nəticəsində həyat yoldaşı və bir övladı həyatını itirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar