SON XƏBƏRLƏR

Bloomberg: İran BAEA müfəttişlərini nüvə obyektlərinə buraxmır

2026.09.02, 11:05
Bloomberg: İran BAEA müfəttişlərini nüvə obyektlərinə buraxmır

İran hələ də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin ölkənin nüvə obyektlərinə girişinə icazə vermir.

Gunaz.tv

Sənədə əsasən, müfəttişlər İsrail və ABŞ-ın zərbələri nəticəsində zədələnmiş İsfahan, Natanz və Fordo nüvə obyektlərinə indiyədək giriş əldə edə bilməyiblər.

Qeyd olunur ki, BAEA sonuncu dəfə həmin obyektlərdə 440 kiloqramdan çox yüksək zənginləşdirilmiş uran və təxminən 8,6 min kiloqram daha aşağı səviyyədə zənginləşdirilmiş uranın mövcudluğunu qeydə alıb.

Hesabatda bildirilir ki, bu nüvə materiallarının hazırkı vəziyyəti barədə məlumatın olmaması BAEA-nın baş direktoru Rafael Qrossidə nüvə silahlarının yayılmaması baxımından narahatlıq doğurur.

Qrossi Tehranı müfəttişlərin nüvə obyektlərinə girişini mümkün qədər tez təmin etməyə çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar