SON XƏBƏRLƏR

Hakabi: İranın dəstəklədiyi Hizbullah İsrail-Livan danışıqlarına mane olur

2026.09.02, 11:11
Hakabi: İranın dəstəklədiyi Hizbullah İsrail-Livan danışıqlarına mane olur

İranın dəstəklədiyi Hizbullah ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında aparılan danışıqlarda irəliləyişə mane olan yeganə tərəfdir.

Gunaz.tv

Bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib.

Hakabi İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-ın Livandakı səfiri Maykl İssa ilə danışıqlar prosesini müzakirə etmək üçün görüşüb.

“Tarixi prosesə yalnız İranın dəstəklədiyi, yüzlərlə amerikalının ölümünə görə məsuliyyət daşıyan terrorçu qrup Hizbullah mane olur”, – deyə Hakabi X-də yazıb.

O əlavə edib: “İranın toxunduğu hər şey zibilə dönür.” (Orijinal paylaşımda nəcis emojisi istifadə edilib.)

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar