SON XƏBƏRLƏR

BMT-nin xüsusi məruzəçisi: İran xalqı xarici hücum və daxili repressiya arasında qalıb

2026.09.03, 17:40
BMT-nin xüsusi məruzəçisi: İran xalqı xarici hücum və daxili repressiya arasında qalıb

May Satou İranda müharibəyə və daxili repressiyalara son qoyulmasını istəyib.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Satou ABŞ-ın son hücumlarına toxunaraq İran xalqının “xarici hücum və daxili repressiya” arasında qaldığını bildirib.

Satou İran Səhiyyə Nazirliyinin sentyabrın 1-dəki hücumlarda 18 nəfərin öldüyü, 108 nəfərin yaralandığı barədə açıqlamasına istinad edərək, Hörmüz boğazındakı Kuhestək qəsəbəsinin hədəfə alındığını və bir ailənin toy mərasimi keçirdiyi evin də vurulduğunu bildirib.

O vurğulayıb: “Həm xarici hücum, həm də daxili repressiya sona çatmalıdır, amma hər şeydən əvvəl müharibə başa çatmalıdır.”

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar