SON XƏBƏRLƏR

Norveç Rusiya gəmisini müsadirə edib

2026.09.03, 19:39
Norveç Rusiya gəmisini müsadirə edib

Gunaz.tv

Norveç Ukraynanın dövlət şirkəti “Naftoqaz”ın xeyrinə çıxarılmış 4,22 milyard dollarlıq təzminat qərarının icrası üçün Rusiya gəmisini müsadirə edib.

“Professor Mulçanov” gəmisi Norveç Sahil Mühafizəsi ilə 24 saatlıq qarşıdurmadan sonra Svalbard arxipelaqı yaxınlığında saxlanılıb.

Rusiya Xarici İşlər Nazirliyi bu addımı “piratlıq” adlandırıb.

Gəminin müsadirəsi 2023-cü ildə Haaqa Arbitraj Məhkəməsinin çıxardığı qərar əsasında həyata keçirilib. Qərara görə, Rusiya Krımda “Naftoqaz”ın əmlakını müsadirə etdiyinə görə 4,22 milyard dollar, həmçinin faiz və hüquqi xərclər ödəməlidir.

Moskva bu məbləği hələ də ödəməyib. “Naftoqaz” isə qərarın icrası üçün bir sıra digər ölkələrdə, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya və Finlandiyada Rusiyanın aktivlərini də izlədiyini bildirir.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar