SON XƏBƏRLƏR

İrana qarşı bütün təzyiq vasitələrini nəzərdən keçiririk - Vens

2026.09.04, 09:43
İrana qarşı bütün təzyiq vasitələrini nəzərdən keçiririk - Vens

ABŞ İrana təzyiq göstərmək üçün iqtisadi, hərbi və diplomatik vasitələrlə yanaşı, gizli əməliyyatlardan da istifadə edə bilər.

Gunaz.tv

Bunu ABŞ vitse-prezidenti Ceyms Di Vens Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Vensdən Vaşinqtonun İrana təzyiq məqsədilə gizli əməliyyatlara əl atmasının mümkün olub-olmadığı soruşulub.

“Mən qarşıdakı aylar və illər ərzində İranla konkret olaraq necə davranacağımızı açıqlamayacağam. Çünki bu, prezidentin qərar qəbul etmək imkanlarını məhdudlaşdırar. Lakin biz bütün mümkün variantları – iqtisadi təzyiqi, hərbi təzyiqi, diplomatik təzyiqi və gizli təzyiqi nəzərdən keçiririk”, – ABŞ vitse-prezidenti deyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar