SON XƏBƏRLƏR

İranın keçmiş prezidenti müharibəni bitirməyə çağırdı

2026.09.04, 15:03
İranın keçmiş prezidenti müharibəni bitirməyə çağırdı

Kimsə müharibənin yaxşı olduğunu iddia edib və bunun qiyamət gününə kimi davam etməsini istəyə bilər, bu onun öz işidir.

Gunaz.tv

Bunu İranın keçmiş prezidenti Həsən Ruhani deyib.

"Ancaq müharibəni başıuca şəkildə sonlandırmalı və ölkənin yenidən qurulmasına çalışmalıyıq",- o əlavə edib.

Ruhani İran dövlət televizyasınn da mövqeini qınayıb və azınlığın mənafeinə qulluq etdiyini bildirib:

"Dövlət televizyası cəmiyyəti məarifləndirmək üçün yumşaq dildən və düzgün çərçivədən istifadə etmədiyi və fikir ayrılığı mərkəzinə çevrildiyi bir halda, əlbəttəki kiçik bir qrup bundan faydalanacaq və əksəriyyət bundan əziyyət çəkəcək. Nə cəmiyyət nə də prezident bu kanala baxmaq və onun səsini eşitmək istəməyəcək".

Qeyd edək ki, bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkian da dövlət televizyasının mövqeini tənqid edib və bu kanala baxmadığını deyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar