SON XƏBƏRLƏR

Məlikan üzüm festivalı — Güney Azərbaycanın böyük iqtisadi potensialı

2026.09.04, 20:33
Məlikan üzüm festivalı — Güney Azərbaycanın böyük iqtisadi potensialı

Məlikan; Güney Azərbaycanın üzüm şəhəri olaraq, bu il 300 min tondan çox üzüm istehsalı ilə bölgənin iqtisadi inkişafı üçün böyük potensiala malikdir.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, Məlikanda keçirilən Milli Üzüm və Doşab Festivalı bu şəhərin kənd təsərrüfatı və iqtisadi imkanlarının tanıdılması üçün mühüm fürsət ola bilər. Bunun üçün festival yalnız bir neçə günlük mədəni proqram və sərgi stendləri ilə məhdudlaşmamalıdır.

Məlikanda bu il 300 min tondan çox üzüm istehsalı gözlənilir. Bu potensialın bölgə əhalisi üçün davamlı gəlirə çevrilməsi üçün emal sənayesinin, qablaşdırmanın, kişmiş, üzüm şirəsi, doşab, sirkə və konsentrat istehsalının, eləcə də ixrac bazarlarının inkişaf etdirilməsi vacibdir.

İstehsalın artması bazarın və emal sənayesinin inkişafı ilə müşayiət olunmadıqda, bu, bağbanların rifahının artacağı anlamına gəlmir. Əksinə, məhsul bolluğu və qiymətlərin aşağı düşməsi istehsalçıların gəlirlərinə təzyiq göstərə bilər.

Məlikan Üzüm Festivalı uzunmüddətli planlaşdırma ilə müşayiət olunarsa, bir neçə günlük tədbirdən daha böyük bir platformaya çevrilərək məhsulların tanıdılmasına, investisiyaların cəlb edilməsinə, Məlikan brendinin inkişafına və bu şəhərin Güney Azərbaycanın kənd təsərrüfatı iqtisadiyyatındakı mövqeyinin gücləndirilməsinə xidmət edə bilər.

Məlikan; üzüm diyarı və Güney Azərbaycanın dəyərli iqtisadi potensiallarından biridir.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar