SON XƏBƏRLƏR

ABŞ SEPAH komandirinə görə mükafat təyin etdi

2026.09.05, 08:43
ABŞ SEPAH komandirinə görə mükafat təyin etdi

ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları proqramı İnqilab Keşikçilərinin Kiber-Elektronika Komandanlığının kiber əməliyyatlar komandiri Əmir Yaryabın şəxsiyyətini və ya yerini müəyyən edən məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edib.

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Təşkilatın açıqlamasına görə, Əmir Yaryab SEPAH-ın Kiber-Elektronika Komandanlığında yüksək vəzifəli şəxsdir və kiber əməliyyatlara komandanlıq etməklə yanaşı, komandanlıqla əlaqəli bir neçə qrupa, o cümlədən "Şəhid Hemmət" və "Şəhid Şuştəri" qruplarına nəzarət edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar