SON XƏBƏRLƏR

İran Cənubi Koreyaya Hörmüzlə bağlı xəbərdarlıq edib

2026.09.05, 19:39
İran Cənubi Koreyaya Hörmüzlə bağlı xəbərdarlıq edib

İran Cənubi Koreyanın Hörmüz boğazında hərbi iştirakını “müharibədə birbaşa iştirak” kimi qiymətləndirəcəyini bildirib.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, “Əl-Məyadin” şəbəkəsi adının açıqlanmadığı “İranın yüksək səviyyəli siyasi-təhlükəsizlik rəsmisi”nə istinadən Tehran Seula xəbərdarlıq edib. Bildirilib ki, Cənubi Koreyanın Hörmüz boğazında İrana qarşı istənilən iştirakı müharibədə birbaşa hərbi iştirak kimi qiymətləndiriləcək.

Həmin rəsmi Cənubi Koreyanı öz maraq və nüfuzunu “ABŞ siyasətinə qurban verməməyə” çağırıb.

Bu xəbərdarlıq Cənubi Koreya Prezident Administrasiyasının Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməsinə yardım məqsədilə hərbi tədbirlər də daxil olmaqla praktiki variantların nəzərdən keçirildiyini açıqlamasından sonra səsləndirilib. Seul hələ yekun qərar verməyib.

Cənubi Koreya mediası mümkün variantlar arasında dəniz patrul təyyarəsinin, logistika dəstək gəmisinin və ya mina axtarışı və təmizlənməsi bölməsinin göndərilməsini göstərib.

Cənubi Koreya hökuməti İran rəsmisinə aid edilən bu xəbərdarlığa hələlik münasibət bildirməyib.

 

GunAzTV
R.G

Cənubi Koreya Hörmüz boğazı ilə bağlı hərbi variantları nəzərdən keçirir

2026.09.04, 11:17

Cənubi Koreya Hörmüz boğazı ilə bağlı hərbi variantları nəzərdən keçirir

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar