SON XƏBƏRLƏR

"Traktor" daha bir qələbə qazandı

2026.09.05, 21:16
"Traktor" daha bir qələbə qazandı

İran futbolunun Premyer Liqasının 25-cı mövsümünün altıncı həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası ilə Sırcanın "Qolqohər" komandası qarşılaşıb.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Məlumata görə, qarşılaşma sentyabrın bu gün yerli vaxtla saat 18:15-də Təbrizin Səhənd stadionunda baş tutub.

Qarşılaşma 1-0 hesabı ilə Təbriz təmsilçisinin xeyrinə başa çatıb.

Bu nəticə ilə "Traktor" altı oyunda 16 xal qazanaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 

Qeyd edək ki, Təbriz təmsilçisi bundan əvvəl keçirdiyi dörd oyunda qələbə qazanıb, bir oyunda isə bərabərə qalıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar