SON XƏBƏRLƏR

İran rialının dəyəri daha da düşüb; dollar 230 min tüməni keçib

2026.09.06, 12:30
İran rialının dəyəri daha da düşüb; dollar 230 min tüməni keçib

İranda dolların məzənnəsi yeni tarixi rekorda çataraq 230 min tüməni keçib.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, İranın sərbəst valyuta bazarında dollar 230 min tümənə, dolların havalə məzənnəsi isə 235 min tümənə yüksəlib.

Britaniya funtu 312 min tümənə, İmam sikkəsi isə 238 milyon tümənə satılıb.

Dollar ötən həftənin şənbə günü 206 min 400 tümənə bağlanmışdı və bundan sonra hər gün yeni rekord qeydə alınıb.

Bu vəziyyət İran Mərkəzi Bankının rəhbəri Əbdolnasir Himmətinin ötən həftə ölkənin “kifayət qədər” valyutaya malik olduğunu və ehtiyac yaranacağı təqdirdə bazara 2 milyard dollara qədər vəsait çıxarmağa hazır olduğunu bildirməsinə baxmayaraq baş verir.

Valyuta məzənnəsinin kəskin artması İranda ərzaq və digər əsas məhsulların bahalaşmasını daha da sürətləndirə bilər. İran Statistika Mərkəzi avqust ayında, yeni rial böhranından əvvəl, illik inflyasiyanın 89 faizə, “ərzaq və içkilər” qrupunda orta qiymət artımının isə 127 faizdən çox olduğunu açıqlamışdı.

İran parlamentinin bir sıra deputatları sentyabrın 6-da ölkənin üç hakimiyyət qolunun rəhbərlərinə göndərdikləri məktubda valyuta, qızıl və sikkə bazarındakı davamlı qiymət dəyişikliklərini tənqid edərək, bunun “əhalidə və iqtisadi fəallarda qeyri-müəyyənliyi artırdığını” bildiriblər.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar